2 iyul - İdman Jurnalistikası Günüdür

2 iyul - İdman Jurnalistikası Günüdür

Hər il iyulun 2-si İdman Jurnalistikası Günü kimi qeyd edilir. 1924-cü ildə həmin gün Parisdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (International Sports Press Association - AIPS) yaradılmışdır. Hazırda dünyanın 130 dövlətinin idman jurnalistlərinin milli birlikləri bu assosiasiyanın üzvləridir.

İdman Jurnalistikası Günündə AIPS və idman jurnalistlərinin milli assosiasiyaları təntənəli yığıncaqlar keçirir, idman sahəsində kütləvi informasiya vasitələrinin ən yaxşı nümayəndələrinə mükafatlar təqdim edilir.

Qeyd edək ki, AIPS-nin 77-ci konqresi cari ildə Azərbaycanın paytaxtı Bakıda keçirilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə