Lənkəranda polis işçilərinin peşə bayramı qeyd olundu FOTOLAR

Lənkəranda polis işçilərinin peşə bayramı qeyd olundu FOTOLAR

İyulun 2-də Lənkəranda polis işçilərinin peşə bayramı günü təntənə ilə qeyd olunub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, əvvəlcə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhər-Rayon Polis Şöbəsinin şəxsi heyəti Heydər Əliyev Xatirə parkına gələrək Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyublar.

Sonra Lənkəran Şəhər-Rayon Polis Şöbəsində bayram tədbiri keçirilib.

Lənkəran ŞRPŞ-nin rəisi, polis polkovniki Möhübbət Hüseynov nitqində Azərbaycan polisinin keçdiyi 96 illik çətin, məsuliyyətli, eyni zamanda, şərəfli yoldan bəhs edib, Ulu Öndər Heydər Əliyevin daxili xidmət orqanlarının formalaşmasında mühüm rolundan, Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan polisinin ictimai asayişin, Lənkəran rayonunda dövlətçiliyimizin qorunmasında xidmətlərindən, görülən tədbirlərdən və s. məsələlərdən söz açıb.

Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov şəxsi heyəti təbrik edib, onlara ən səmimi və xoş arzularını çatdırıb. İcra başçısı həmçinin qeyd edib ki, xalqımız Azərbaycan polisinə böyük inam bəsləyir, dövlətçiliyimizin möhkəmləndirilməsində, milli maraqların qorunmasında polisin xidmətləri danılmazdır.

Taleh Qaraşov Lənkəranda ictimai-siyasi sabitliyin, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsində, polis-vətəndaş münasibətlərinin möhkəmləndirilməsində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin şəxsi heyətinin rolunu xüsusi qeyd edərək, onlara çətin və məsuliyyətli işlərində uğurlar arzulayıb.

Lənkəran rayon prokuroru Natiq Abdullayev, Lənkəran Rayon Məhkəmənin sədri Elçin Kazımov, MTN Lənkəran şəhər şöbəsinin rəisi Aydın Piriyev, bir neçə polis veteranı çıxış edərək təbriklərini və ürək sözlərini söyləyiblər.

Sonda polis orqanlarında səmərəli fəaliyyətinə görə şöbənin bir qrup əməkdaşına Lənkəran ŞİH başçısının Fəxri fərmanları, ŞRPŞ-nin pul mükafatları təqdim olunub.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə