Həsən Əliyev küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti bərpa edilib
Bu gün Bakının Nərimanov rayonu Həsən Əliyev küçəsinin Cəlil Məmmədquluzadə küçəsindən Azər Əliyev küçəsinə qədər olan hissəsində nəqliyyatın hərəkəti bərpa edilib. Bu barədə SİA-ya Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
Onun sözlərinə görə, bu gün axşam saatlarında Həsən Əliyev küçəsinin A. Əliyev küçəsindən Tbilisi prospektinə qədər olan hissəsi 6 günlük təmir-bərpa işləri üçün bağlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB