Naxçıvanlı alimin məqaləsi ABŞ jurnalında

Naxçıvanlı alimin məqaləsi ABŞ jurnalında

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun laboratoriya rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədovanın ABŞ-da çapdan çıxan nüfuzlu "Şüşnən fizikası və kimyası" (Glass Physics and Chemistry) jurnalında məqaləsi çap edilib. SİA-nın xəbərinə görə, adıçəkilən jurnal Springer jurnalları siyahısına daxil olmaqla kimya və fizika sahəsində dünyanın ən nüfuzlu dərgilərindən biri sayılır. Naxçıvanlı alimin "Təbii qallazit-obsidian sistemində natrolit tipli seolitin hidrotermal sintezi" adlanan məqaləsi rus dilində jurnalda çap edildikdən sonra, redaksiya heyyəti məqalənin əhəmiyyətini nəzərə alaraq onu ingilis dilinə çevritdirib və yenidən nəşr edib.

Qeyd edək ki, bir müddət öncə 28 may Respublika günü ilə əlaqədar keçirilən gənc alimlər üçün AMEA Rəyasət Heyyətinin qrant müsabiqəsində kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədova son üç ildə apardığı tədqiqat işlərinin nəticələrinə əsasən 2000 manat həcmində II qrant mükafatını qazanıb. Məlumat üçün deyək ki, qrant müsabiqəsində gənc alimlərin son üçillik fəaliyyəti qiymətləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə