DAMM-ın nümayəndə heyəti Kalmıkiyaya səfər edib FOTOLAR

DAMM-ın nümayəndə heyəti Kalmıkiyaya səfər edib FOTOLAR

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin (DAMM) vitse-prezidenti Rasim Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Kalmıkiya Muxtar Respublikasına 2 günlük səfər edib. SİA-nın xəbərinə görə, nümayəndə heyətinin tərkibində Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Ağsaqqallar Şurasının üzvü, yazıçı şair publisist, filologiya elmləri doktoru Əvəz Mahmudov, Mərkəzin icraçı direktoru, əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Aygün Zeynalova, iş adamı İlşad Süleymanov, prezident təqaüdçüsü, tarzən Atabəy İsmayılov, pianoçu Samirə Kərimova, saz və tütək ifaçısı Vahid Babaşov iştirak ediblər.

Səfər Şahmat Mərkəzinin gəzintisi ilə başlayıb. Məkəzlə tanışlıqdan sonra nümayəndə heyətini Kalmıkiya Respublikasının prezidenti Aleksey Maratoviç Orlovun anası Svetlana Alekseyevna qarşılayıb. Qonaqlara ziyafət məclisi verilib.

İyulun 1-də Azərbaycanın və Kalmıkiyanın mədəniyyət və incəsənət xadimləri ilə birgə konsert proqramı təşkil olunub . Konsertdə Azərbaycanın və digər xalqların diaspora təşkilatlarının nümayəndələri iştirak ediblər.

İyulun 2-də həmyerlilərimiz Kalmıkiya Muxtar Respublikasının prezidenti Aleksey Orlov tərəfindən rəsmi şəkildə qəbul edilib. Görüşdə Kalmıkiya Respublikasının kütləvi informasiya vasitlərinin nümayəndələri də iştirak ediblər.

Görüş zamanı iki xalq arasında dostluq və qardaşlıq münasibətlərindən söz açılıb. Görüş zamanı prezident bildirib ki, ilk dəfədir Azərbaycan nümayəndə heyətini qəbul edir.

Görüşdə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi və onun vitse-prezidenti Rasim Məmmədov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin ölkənin inkişafı ilə bağlı gördüyü işlərdən və Heydər Əliyev Fondunun fəaliyyətindən söz açıb.

Azərbaycanda görülən işləri yaxından izlədiyini bildirən Kalmıkiya Respublikasının prezidenti Azərbaycan Prezidenti ilə eyni vaxtda Moskvada təhsil aldıqlarını və dostluq münasibətlərinin olduğunu dilə gətirib.

Ulu Öndərin hakimiyyəti dövründə həyata keçirdiyi işləri yüksək qiymətləndirən prezident öz fəaliyyətində Ümummilli Liderin ideyalarından bəhrələndiyindən danışıb.

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Kalmıkiya Prezidentini Ulu Öndərin xatirəsinə dair təsis etdiyi "Əbədi Lider" Qızıl döş nişanı və Fəxri Fərmanla təltif edərək ona Ümummilli Liderin portreti əks etdirən xalça hədiyyə edilib.

Səfər şərçivəsində DAMM uğurlu bir ilkə də imza atıb. Kalmıkiya Respublikasının Milli Muzeyində Heydər Əliyev guşəsinin açılması ilə bağlı razılıq əldə edilib.

DAMM-dan verilən məlumata görə, qurum Kalmıkiyada da dəaliyyətini genişləndirməyi nəzərdə tutub. Bu məqsədlə də nümayəndəliyin açılması qərara alınıb. Nümayəndəliyin rəhbəri Rafiq Abbasov təyin edilib.

Qeyd edək ki, nümayəndə heyəti Aleksey Orlova qarşıdan gələn prezident seçkilərində uğurlar arzu edərək, seçkidən sonra Kalmıkiyaya yenidən səfər edəcəklərini vəd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə