Sabah 37 dərəcə isti olacaq

İyulun 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib.

O bildirib ki, mülayim cənub-şərq küləyi əsəcək, havanın temperaturu gecə 20-24, gündüz 29-34 dərəcəyədək isti olacaq. Azərbaycanın rayonlarında isə gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimal olunur. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 20-24, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə