SİA Ramazan ayı ilə əlaqədar olaraq gündəlik imsak və iftar vaxtlarını sizə təqdim edir.
2 İyul tarixi üçün
İftar vaxtı – 21:31
3 İyul tarixi üçün
İmsak vaxtı – 04:44
Ramazan ayının 4-cü gününün duası:
- Alahummə qəvvini fihi əla iqaməti əmrik. Və əziqni fihi həlavətə zikrik. Və əvzi-ni fihi li-ədai şükrik. Bikərəmikə vəhfəzni fihi bihifzikə və sətrik, ya əbsərən-nazirin.
Tərcüməsi:
İlahi, əmrlərini yerinə yetirməkdə mənə qüvvət ver, zikrinin şirinliyini mənə dadızdır. Sənə layiqincə şükr etmək üçün məni ilhamlandır. Kərəminə and verirəm, məni öz himayəndə gizlət və qoru, ey görənlərin ən bəsirətlisi!
Orucu açan zaman edilən dua
-Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Ya vasiəl-məğfirəti iğfirli
Tərcüməsi:
İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!
Allah orucunuzu qəbul etsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB