2 iyul Azərbaycanda Polis işçilərinin peşə bayramı günü kimi qeyd olunur. SİA-nın xəbərinə görə, Azərbaycanın ilk polis bölüyü 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə cinayətkarlıqla mübarizə aparmaq və ictimai təhlükəsizliyi təmin etmək məqsədilə yaradılıb.
Polis bölüyünün yaranmasından 80 il sonra həmin gün polislərin peşə bayramı kimi qeyd olunmağa başlayıb.
Belə ki, Ümumilli Lider Heydər Əliyevin 24 may 1998-ci il tarixli "Azərbaycan Polisi gününün təsis edilməsi haqqında" fərmanına əsasən iyulun 2-si Azərbaycan daxili işlər orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB