Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların problemlərinin həllinə kömək göstərirlər. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən iyulun 4-də Siyəzəndə vətəndaşların qəbulu keçiriləcəkdir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, qəbulda Siyəzən, Şabran, Xızı, Abşeron rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.
Qəbul saat 11:00-da Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində başlayacaqdır.
Vətəndaşlar Xaçmaz Regional Ədliyyə Şöbəsi (ünvan: Xaçmaz şəhəri, Heydər Əliyev prospekti, bina 17, əlaqə telefonları: (02332) 5-18-88, (02332) 5-17-96), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılmışdır. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB