İyulun 1-də Qaradağ Rayon İcra Hakimiyyətində polis işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov 2 iyul – Polis işçilərinin peşə bayramı münasibətilə bütün polis əməkdaşlarını təbrik etmişdir.
Bildirmişdir ki, Azərbaycan polisi uzun, tarixi və şərəfli bir yol keçmiş, daxili işlər orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna rolu olmuşdur. Ulu Öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev polis işçilərinə həmişə diqqət və qayğıkeşliklə yanaşır. Bunun nəticəsidir ki, polis əməkdaşlarının əmək haqları xeyli artırılmış, şəxsi heyətin məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılmışdır. Bu da polis işçilərində məsuliyyət hissini artırır, daha yaxşı xidmət göstərmək həvəslərini yüksəldir.
Tədbirin sonunda bir neçə polis işçisinə Qaradağ Rayon İcra Hakimiyyətinin fəxri fərmanı və hədiyyələri təqdim edilmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB