Gələn il Avropanın mədəni paytaxtı olacaq Plzen 2015-ci il üçün bir sıra xarici dövlətlərin mədəniyyətlərinə baxış keçirəcəkdir. Çox ehtimal ki, Asiya ölkələrinin mədəniyyəti daha geniş miqyasda təqdim olunacaqdır. Bütün il ərzində bu mövzunu müxtəlif cəhətdən işıqlandıran tədbirlər keçiriləcəkdir.
2015-ci ilin iyununda Plzendə Kioto simfonik orkestrinin konserti planlaşdırılmışdır, böyük kalliqrafiya və bonsay sərgiləri təşkil ediləcəkdir. İndiki əsrin mədəniyyəti, yeni KİV-lər və rəqəmsal texnologiyalar da təqdim olunacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB