Gəncə Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) şəhər təşkilatı gənclər birliyinin birgə təşkilatçılığı ilə gənclər üçün ikigünlük "Yay düşərgəsi" layihəsi həyata keçirilmişdir.
YAP-ın üzvləri olan gənclərin birlik və həmrəyliyinin möhkəmləndirilməsini, əlaqələrinin genişləndirilməsini, siyasi dünyagörüşlərinin formalaşdırılmasını və gənclərin asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək məqsədilə təşkil olunmuş düşərgənin açılış mərasimində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən gənclər siyasəti sahəsində qazanılan uğurlardan danışılmışdır.
Sonra bir sıra mövzular ətrafında müzakirələr aparılmışdır. Ümumilikdə, 30 nəfərədək gəncin iştirak etdiyi layihə çərçivəsində "Yaradıcı potensialın və kreativliyin kəşfi metodları", "Sosial marketinq", "Kibertəhlükəsizlik və bu işdə Azərbaycanın rolu" adlı təlimlər, diskoteka, müxtəlif oyunlar keçirilmişdir.
Azərbaycanın dilbər guşələrindən olan Hacıkənddə reallaşan layihənin sonunda fəal gənclərə sertifikatlar verilmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB