Prezident Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb
Prezident ali rütbələr verdi

Azərbaycan Prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə ali xüsusi rütbələr verilib:

polis general-leytenantı ali xüsusi rütbəsi:

polis general-mayoru Fazil Balahəsən oğlu Quliyevə

polis general-mayoru ali xüsusi rütbəsi:

polis polkovniki Şərif Kamil oğlu Əsədullayevə

polis polkovniki Fəxrəddin Ataxan oğlu Pənahova

Bütün xəbərlər Facebook səhifəmizdə