Polis işçilərinin peşə bayramı günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətində tədbir keçirilib.
SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov 02 iyul – Polis işçilərinin peşə bayramı münasibəti ilə bütün polis işçilərini təbrik edib. Qeyd edib ki, Azərbaycan Polisinin uzun, tarixi və şərəfli bir yol keçib, Daxili İşlər Orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəsna rolu olub. Bu gün də hörmətli Prezidentimiz İlham Əliyev də polis işçilərinə həmişə diqqət və qayğıkeşliklə yanaşır. Bunun nəticəsidir ki, polis əməkdaşlarının əmək haqları xeyli artırılıb, şəxsi heyətin məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılıb. Bu da polislərimizdə məsuliyyət hissini artırır, daha yaxşı xidmət göstərmək həvəslərini yüksəldir.
Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən bir neçə polis işçisinə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB