Gənclər Fondu əsgərlərlə görüş keçirib

Gənclər Fondu əsgərlərlə görüş keçirib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu gənclərin vətənpərvər ruhda, ölkəmizə və dövlətimizə sədaqətli, cəmiyyətə yararlı vətəndaş kimi formalaşması və inkişaf etməsi istiqamətində bir çox tədbirlər həyata keçirib və maliyyələşdirib

Fondan SİA-ya verilən xəbərə görə, bu istiqamətdə həyata keçirilən fəaliyyətlərin davamı olaraq Fond 26 iyun-Silahlı qüvvələr günü münasibətilə Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edən əsgərlərlə görüş keçirib, daha sonra isə hərbi hissədə xidmət edən əsgərlər üçün bayram konserti də təşkil olunub.

Tədbirdə hərbi hissənin rəhbər heyəti, Tovuz rayon Gənclər və idman idarəsinin rəisi Sahib Ələsgərov, Fondun Aparat rəhbəri Faiq Qürbətov, Layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov, Fondun əməkdaşları və könüllü gənclər iştirak ediblər.

Sonda hərbi hissənin rəhbərliyi tərəfindən Fondun rəhbərliyinə və kollektivinə hərbi hissənin şəxsi heyətinin mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsində göstərdiyi yüksək fəaliyyətə və qayğıkeşliyə görə Fəxri Fərman təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə