7-10 iyul tarixlərində Bakıda Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Britaniya Standartlar İnstitutunun (BSİ) birgə təşkilatçılığı ilə aktivlərin idarəedilməsi sistemi tələblərini müəyyən edən İSO 55001-2014 standartı üzrə 4 günlük təlim keçiriləcək. SİA-nın xəbərinə görə, İSO 55001 "Aktivlərin idarəedilməsi sistemi" standartı yeni standartdır və cari ilin yanvar ayında nəşr edilib.
Qeyd olunan standartın əsasını təşkil edən PAS 55 standartı ilk dəfə 2004-cü ildə Aktivlərin idarəedilməsi üzrə Britaniya İnstitutu və Britaniya Standartlar İnstututnun birgə əməkdaşlığı nəticəsində meydana gəlib. Sonradan bu standart əsasında İSO 55000 seriyalı standartlar Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) tərəfindən qəbul edilib.
Qeyd olunan standartın tətbiqi üzrə təlimlər geniş infrastruktura malik iri dövlət və qeyri dövlət şirkətlərinin rəhbərləri və əməkdaşları üçün nəzərdə tutulmuşdur. Təlimlər əsas üç hissədən ibarət olmaqla, aktivlərin idarəedilməsinin əsaslarını, İSO 55001 tələblərini, İSO 55001 üzrə auditin əsas aspektlərini özündə cəmləşdirir. Təlimlərin əsas məqsədi iri şirkətlərin infrastrukturunun, aktivlərinin effektiv idarəedilməsinin yüksəldilməsi istiqamətləri barədə məlumatları iştirakçılara çatdırmaqdır. İSO 55001 standartı biznesin strateji məqsədlərinə nail olmaqda müəssisələrə öz aktivlərindən effektiv və səmərəli istifadə etmə yollarını göstərir. Bu yanaşma şirkətin potensialından maksimal səviyyədə istifadəni təmin etmək istiqamətində aktivlərin idarəedilməsinin mükəmməl strategiyasını işləyib hazırlamağa imkan yaradır.
Qeyd edək ki, İSO 55001 təlimlərinin nəticələrinə əsasən imtahan keçiriləcək və imtahanı uğurla başa vuran iştirakçılar beynəlxalq sertifikatlarla təltif olunacaqlar.
Təlimlərdə iştirak etmək təşəbbüsü yaranarsa, bu barədə məlumatı 10 iyunadək Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutuna təqdim etməyinizi xahiş edirik. Daha ətraflı məlumatları aşağıdakı telefon nömrələri və elektron poçt ünvanına müraciət edərək əldə edə bilərsiz:
Tel: (+994 12) 449-99-59 (147)
(+994 12) 409-16-95
(+994 50) 291-61-62
(+994 55) 213-24-56
E-mail: [email protected]
Ünvan: Mərdanov Qardaşları, 124 Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin inzibati binası.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB