İldırım bir naxırı tələf etdi

Hadisə Yevlaxdakı fermer təsərrüfatlarından birində baş verib
İldırım bir naxırı tələf etdi

Yevlaxdakı fermer təsərrüfatlarından birində ildırım vurması nəticəsində mal-qara tələf olub. Hadisə rayonun Kövər kəndində Fikrət Nəbiyevə məxsus fermada baş verib. Belə ki, günorta saatlarında hava qəflətən pisləşib. İldırım çaxması ilə müşayiət olunan qısamüddətli yağış yağıb. İldırım fermanın ərazisindəki otlayan mal-qaranı vurub.

Nəticədə ərazidəki 50 baş iribuynuzlu mal-qaradan 13-ü tələf olub.

Fikrət Nəbiyevin sözlərinə görə, ona təqribən 25-30 min manat ziyan dəyib. Yevlax Rayon Baytarlıq İdarəsindən aldığımız məlumata görə, hadisə baş verən yerə artıq baxış keçirilib. İdarədən bildirdilər ki, tələf olmuş heyvanlar arasında heç bir xəstəlik yoxdur. Buna baxmayaraq ildrım vurmuş heyvanların əti yararsız hesab olunur və torpağa basdırılaraq məhv ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə