"SƏS" qəzetinin baş redaktoru "Azərbaycan Universitetinin Dostu" mükafatına layiq görülüb

"SƏS" qəzetinin baş redaktoru "Azərbaycan Universitetinin Dostu" mükafatına layiq görülüb

Bu gün Azərbaycan Universiteti Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında məzun gününü qeyd edib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Universitetin professor, müəllim və tələbə heyəti, ölkənin ictimai-siyasi həyatında fəal olan şəxslər, mətbuat nümayəndələri iştirak edib.

Tədbirdə Universitetin fəaliyyəti haqqında geniş fikirlər səsləndirilib. Eyni zamanda Azərbaycan Universitetinin təsis etdiyi xüsusi mükafat sahiblərinə təqdim edilib. "SƏS" qəzetinin baş redaktoru Bəhruz Quliyev "Azərbaycan Universitetinin Dostu" mükafatına layiq görülüb. Mükafatı Bəhruz Quliyevə Universitetin rektoru Eldar Qəhrəmanov verib.

Məlumat üçün bildirək ki, Azərbaycan Universitet adıçəkilən mükafatı bu il təsis edib. Mükafat universitetin fəaliyyətini mediada geniş işıqlandıran və universitetlə sıx əməkdaşlıq edən, Azərbaycançılıq ideologiyasının tələbələr arasında təbliğində müstəsna xidmətləri olan şəxslərə verilir. İlk qaliblər bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Universitetin 20-ci Məzun Günündə mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə