Qərib Məmmədov vətəndaşları qəbul edəcək

Qərib Məmmədov vətəndaşları qəbul edəcək

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Qəbələ şəhərində ətraf bölgələrdə əhatə olunmaqla, vətəndaşların qəbulunu keçirəcək. Komitənin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, vətəndaşlar üçün qəbul iyulun 4-də keçiriləcək.

Qəbulda Qəbələ şəhəri ilə yanaşı, İsmayıllı, Şamaxı və Ağsu rayonlarının vətəndaşları da iştirak edə bilərlər.

Görüş saat 10:00-da Qəbələ şəhərində yerləşən Mədəniyyət Evində başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə