AMEA-nın yeni Nizamnaməsi qəbul olunub

AMEA-nın yeni Nizamnaməsi qəbul olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni Nizamnaməsi qəbul olunub. SİA-nın xəbərinə görə, AMEA üzvlüyünə seçkilər üzrə keçirilən Ümumi Yığıncaqda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Nizamnamə layihəsi barədə qonaqlara ətraflı məlumat verib.

O bildirib ki, bu sənəd AMEA-nın müstəqillik dövründə hazırlanmış əsas Nizamnamə layihəsidir: "AMEA-nın hazırda 16 bölmə və 176 maddədən ibarət olan yeni Nizamnaməsi isə yeni mərhələdə ölkədə elmi daha da inkişaf etdirməyə, geniş islahatlar keçirməyə təminat verməlidir. AMEA-da müstəqillik illərində yaradılan regional elmi bölmələr və mərkəzlərin fəaliyyətinin, həmçinin son illərdə genişlənməkdə davam edən beynəlxalq əlaqələrin, innovasiya və sahibkarlıq fəaliyyətinin, əmlak və maliyyə məsələlərinin nizamnamə ilə tənzimlənməsi ilə əlaqədar müddəalar haqqında ilk dəfə olaraq nizamnamədə yeni bölmələr əsasında kompleks müddəalar müəyyən olunub".

Qeyd edək ki, yeni Nizamnamə layihəsi AMEA-nın Ümumi Yığıncağında müzakirə edilərək qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə