AMEA-nın həqiqi üzvlüyünə 43, müx­bir üzvlüyünə isə 265 nəfər namizəddir FOTO

AMEA-nın həqiqi üzvlüyünə 43, müx­bir üzvlüyünə isə 265 nəfər namizəddir FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlüyünə seçkilər keçirilir. SİA-nın xəbərinə görə, bununla əlaqədar təşkil olunan ümumi yığıncaqda AMEA prezidenti, akademik Akif Əlizadə bildirib ki, AMEA-nın həqiqi üzvlüyünə 43, müx­bir üzvlüyünə isə 265 nəfər namizədliyini irəli sürüb.

Akademik seçkilərin istər hüquqi, istərsə də texniki baxımdan müasir tələb­lə­rə uyğun və şəffaf aparılacağını bildirib.

Qeyd edək ki, hazırda akademiyanın bölmələri üzrə təşkil olunan məntəqələrdə səsvermə aparılır. Yaxın saatlarda seçkilərin nəticələri açıqlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə