Zabitlərimiz beynəlxalq tədbirə qatılacaqlar

Zabitlərimiz beynəlxalq tədbirə qatılacaqlar

Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq planına əsasən, iyulun 1-dən 4-dək Bakı şəhərində Müdafiənin idarə olunması üzrə seminar və Azərbaycan-ABŞ İş Planına əsasən iyulun 1-dən 3-dək Lyublyana şəhərində (Sloveniya) Maddi Texniki Təminat məsələləri üzrə seminar keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə