Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Astara şəhərində növbəti vətəndaş qəbulu keçirəcək.
Komitənin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, vətəndaşların qəbulu iyulun 4-də keçiriləcək.
Qəbulda Astara, Lənkəran və Lerik rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Vətəndaş qəbulu saat 11:00-da Astara şəhəri, Heydər Əliyev Mərkəzində keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB