Bu gün AMEA Rəyasət Heyətinin böyük konfrans zalında AMEA üzvlüyünə seçkilər üzrə Ümumi Yığıncaq keçirilir. SİA-nın xəbərinə görə, iclasda AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə və digər rəsmi şəxslər iştirak edirlər.
Məlumat üçün bildirək ki, tədbirin gündəliyində aşağıdakı məsələlər qoyulub:
1. Giriş nitqi- AMEA-nın prezidenti, akademik Akif Əlizadə
2. AMEA-nın yeni Nizamnaməsinin layihəsi haqqında- AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli
3. "AMEA-nın 2020-ci ilə qədər İnkişaf Konsepsiyası" haqqında- AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev
4. AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılması haqqında- AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov,
5. AMEA-nın Elm Tarixi İnstitutunun yaradılması haqqında
6. AMEA-nın Dünya Siyasəti İnstitutunun yaradılması haqqında AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Teymur Kərimli
7. AMEA-nın üzvlüyünə seçkilərin keçirilməsi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB