“Caspian Telecom” şirkəti güzəştli aksiyalar keçirəcək

“Caspian Telecom” şirkəti güzəştli aksiyalar keçirəcək

"Caspian Telecom" şirkəti yaxın günlərdə güzəştli aksiyalara başlayacaqdır. Şirkət əhatə dairəsini genişləndirməklə bərabər, təqdim olunan xidmət növlərinin də sayının artırılmasını və ən qabaqcıl texnologiyaların tətbiqini planlaşdırır.

"Caspian Telecom"dan bildirmişlər ki, şirkətin müştəriləri arasında dövlət qurumları, banklar, sığorta şirkətləri, otellər və digər iri qurumlar yer alır və onlar fiber-optik internet, "Ethernet", VPN, SWIFT, IP telefoniya və digər xidmətlərdən yararlanırlar.

"Caspian Telecom" 2010-cu ildən "Ailə TV" brendi ilə rəqəmsal kabel televizyası, 2011-ci ildən isə "Ailə NET" brendi ilə internet provayder xidmətləri göstərməyə başlamışdır. Görülən işlər nəticəsində "Ailə NET" internet provayderinin əhatə dairəsinə qısa zamanda Bakı şəhərinin, Xətai, Nizami, Nərimanov, Binəqədi, Nəsimi, Suraxanı rayonları, o cümlədən Bakıxanov və Hövsan qəsəbələri, Səbail rayonun bir hissəsi, eləcə də Gəncə şəhəri daxil edilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə