ATƏT PA-nın XXIII illik sessiyası çərçivəsində komitə iclasları keçirilir
Bakıda ATƏT Parlament Assambleyasının "Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru" devizi altında iyirmi üçüncü illik sessiyası iyunun 29-da işini komitə iclasları ilə davam etdirir. Siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitənin iclasını qurumun sədr müavini, Milli Məclisin deputatı Azay Quliyev açdıqdan sonra Finlandiya parlamentinin üzvü Pia Kaumanın müəllifi olduğu "Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru" qətnaməsi ilə bağlı məruzə dinlənilmişdir.
İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitənin Qırğızıstanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Roza Aknazarovanın sədrliyi ilə keçirilən iclasında Böyük Britaniyadan məruzəçi Roger Viliamsın "Helsinki + 40: Hər kəs üçün insan təhlükəsizliyi" hesabatının müzakirəsi olmuşdur.
Demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitənin iclasında isə Serbiya Parlamentinin deputatı Qordina Komiç "Helsinki+40: məqsəd hər bir insanın təhlükəsizliyidir" qətnaməsi ilə bağlı məruzə etmişdir. Bildirilmişdir ki, qətnamənin qəbul edilməsi "Helsinki+40" prosesinin daha səmərəli işləməsi üçün önəmlidir.
Sonra müzakirələr başlamış, suallar cavablandırılmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB