BMT-nin Baş katibi Bakıya müraciət ünvanladı

BMT-nin Baş katibi Bakıya müraciət ünvanladı

BMT Baş katibi Bakıda keçirilən ATƏT Parlament Assembleyasının 23-cü İllik Sessiyasına müraciət ünvanlayıb. SİA-nın verdiyi məlumata görə, sessiya zamanı Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi cənab Antonius Bruk tərəfindən təqdim olunmuş müraciətdə belə deyilir: "Mən, ATƏT-in Parlament Assembleyasının 23-cü İllik Sessiyasındakı bütün iştirakçılara öz salamlarımı göndərməkdən məmnunam. Bu günün "Helsinki+40: hamı üçün bəşəri təhlükəsizliyə doğru" mövzusunda müzakirəsi, dörd onillik bundan əvvəl imzalanan Helsinki Yekun Aktı Prinsiplərinin icrasına ehtiyac olduğunu xatırlatmaq üçün təsirli bir vasitədir. Mən sizə dünya xalqlarının bizdən gözlədikləri etimadları doğrultmaq üçün qüvvələrinizi bizimlə birləşdirdiyinizə görə təşəkkürümü bildirir və həm bu Assembleyada, həm də bundan sonrakı fəaliyyətinizdə sizə böyük uğurlar arzu edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə