Kəngərli Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası (MR) Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta fəaliyyəti, görülmüş işlər və qarşıda duran vəzifələr barədə yığıncaq keçirilmişdir. Tədbiri Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəfərov açaraq rayonda sığorta fəaliyyəti sahəsində görülmüş işlərdən danışmışdır.
Yığıncaqda Naxçıvan MR Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov çıxış edərək muxtar respublikada sığorta işinin təkmilləşdirilməsi istiqamətində görülmüş işlər barədə məlumat vermiş, vaxtında sığorta olunmağın əhəmiyyətini qeyd etmişdir.
H.Əsgərov muxtar respublikada, o cümlədən Kəngərli rayonunda müxtəlif bədbəxt hadisələrdən zərər çəkmiş ayrı-ayrı vətəndaşlara dəymiş zərərlərin ödənilməsi üzrə faktlar göstərərək sığorta olunmağın faydalarından danışmışdır.
Bildirilmişdir ki, ötən müddətdə Kəngərli rayonunda da sığorta fəaliyyəti istiqamətində müəyyən işlər görülmüş, bağlanılmış sığorta müqavilələrinin sayı artmışdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB