Cari ilin fevral ayından Qafqaz Müsəlmanları İdarəsi din xadimlərinin attestasiyası prosesinə başlayıb. Prosesin rayonlarda hansı səviyyədə həyata keçirilməsini öyrənmək məqsədi ilə Tovuz Rayon Cümə Məscidinə üz tutduq. Məscidin axundu görülən tədbirlərlə bağlı məlumat verdi.
QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Nəriman İbayev: "Bizim rayonda da attestasiya keçirilib və bizim mollalarda attestasiyaya getdilər. Və onlardan bir neçəsi, təqribən 14 nəfəri attestasiyadan keçib və o, keçməyənlərə də müddət verilib ki, hazırlaşıb yenidən attestasiyaya getməlidirlər".
Axundun sözlərinə görə, imtahandan keçə bilməyən və ya imtahan verməkdən imtina edən din xadimlərinin fəaliyyətinə birmənalı şəkildə xitam veriləcək. Buna da bilavəsitə QMİ nəzarət edəcək. Maraqlıdır. "Allah adamı" statusu daşıyanları Tanrı qarşısında imtahana çıxmazdan öncə, elə Yerdəcə bu ada layiq olub-olmadıqlarını imtahan etmək həyatın paradoksudurmu? Bəlkə də. Amma bu artıq başqa mövzudu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB