Bu gün Quba şəhəri tikinti meydanını xatırladır. Şəhərin görkəminə xələl gətirən yöndəmsiz obyektlər sökülür, yeni layihələr əsasında müasir obyektlər inşa olunur. Qubalılar bu söküntüdən çox narahatdır. Ancaq maraqlısı onadır ki, sökülən yerlər yenisi ilə və müasir qaydada inşa olunacaq. Birmərtəbəli obyektlər sökülərək yerində 2 mərtəbəli binalar tikiləcək.
SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Quba rayon İcra Hakimiyyətinin yeni təyin olunmuş I müavini və FHK-nın sədri Afət Həsənova şikayətçi və çətinliyi olan Quba sakinlərini RİH binasına dəvət edərək onların bir qrupu ilə görüçüb.
Afət Həsənova bildirib ki, bəli, bu gün Quba özünün yeni inkişaf dövrünü yaşayır: "Rayon mərkəzi və ətraf kəndlərin necə inkişaf etdiyinin siz də şahidisiniz. Bu gün Quba şəhəri tikinti meydançasına çevrilib, desək, yanılmarıq. Hər tərəfdə tikinti, abadlıq, quruculuq işləri gedir. Bu isə abadlıq işlərinin müəyyən proqram əsasında həyata keçirilməsinin nişanəsidir".
Biz isə rayonda aparılan tikinti işlərinə münasibət öyrənmək üçün Quba sakinləri arasında sorğu keçirdik. Quba rayon sakini və taksi sürücüsü Fərəc Cəbrayılov bildirdi ki, yalnız Qubanın alması ilə öyünməklə kifayətlənirdim: "Çünki rayonumuzda abadlıq işləri o qədər də geniş vüsət almamışdı. Yəni Qubanın digər rayonlarla ayaqlaşa bilməməsi məni yaman pərt edirdi. Lakin yeni icra başçısı, Mübariz Ağayevi deyirəm, buraya gələn gündən Qubanın inkişafına xüsusi diqqət yetirməyə başlayıb. İndi Quba şəhərinin, demək olar ki, hər bir guşəsi öz simasını dəyişir. 5-6 aydan sonra bu şəhərin tanınmaz dərəcədə dəyişəcəyinə əsla şübhə etmirəm".
Quba sakinləri son 10 ildə gerilədiklərinə görə çox narahat idilər. Ancaq Mübariz Ağayev gələndən 5-6 ay sonra düz 36 dövlət əhəmiyyətli binaların açılışı olub. Bütün parklar yenidən qurulub. Bütün yollar təmir olunub. Düzdür, arxa küçələrdə təmir işləri getməyib, ancaq gözə görünən küçələr tam abadlaşıb. Arxa küçələrin abadlaşmasına gəldikdə isə zaman keçdikcə təmir olunaraq asvaltlanacaq. Gecikməyə səbəb isə su kanalizasiya xətlərinin yenidənqurulması olub. Düzdür, arxa küçələrə görə şikayət edənlərin sayı da kifayət qədər olsa da bu problemlər tədricən həllini tapır.
Quba RİH-nin müavini Afət Həsənova bildirib ki, problemləri olan sakinlər İcra hakimiyyətinə dəvət ediləcək və məsələlər yerindəcə həll olunacaq: "Bizim missiyamız Quba sakinlərinə xidmət etməkdir. Əyər hər hansı bir Quba sakini problemlərdən əziyyət çəkir və onun həllini tapmırsa, Rayon İcra Hakimiyyətinə müraciət etməlidir".
Emin KƏRİMOV









Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB