Qusar rayonunun Sudur kəndində "Açıq mikrofon" təşkil edilmişdir. Rayon icra hakimiyyəti aparatının, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbər şəxslərinin Sudur inzibati ərazi dairəsinə daxil olan kəndlərin sakinləri ilə "Açıq mikrofon" formatında keçirilən görüşündə çıxış edən sakinlər rayon mərkəzinə gedən yolların asfaltlanmasını, yaşayış məntəqəsinin təbii qazla təmin olunmasını, və müasir tibb məntəqəsinin tikilməsini arzuladıqlarını diqqətə çatdırmışlar.
Rayon icra hakimiyyətinin başçısı Şair Alxasov bildirmişdir ki, belə görüşlərin əsas məqsədi mövcud problemləri yerindəcə öyrənmək və onların həlli yollarını birgə araşdırmaqdan ibarətdir. Qeyd edilmişdir ki, bütün respublikada olduğu kimi, Qusarda da kənd və qəsəbələrin sosial-iqtisadi inkişafının dinamik xarakter alması üçün mühüm tədbirlər həyata keçirilməkdədir.
Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov çıxış edərək bildirmişdir ki, ölkəmizin hər bir bölgəsində quruculuq abadlıq işləri geniş vüsət almışdır. Regionların sosial iqtisadi inkişafı ilə bağlı həyata keçirilmiş Dövlət proqramları sayəsində ən ucqar kəndlərdə belə yeni məktəblər tikilmiş, yaşayış məntəqələrinə təbii qazın verilməsi təmin olunmuşdur.
Tədbirdə səsləndirilən təklif və problemlərin həlli üçün müvafiq icra strukturlarına tapşırıqlar verilmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB