ATƏT PA prezidenti: "Müsəlman dünyasında ilk nümunəvi dünyəvi dövlət Azərbaycanda yaradılıb"

ATƏT PA prezidenti: "Müsəlman dünyasında ilk nümunəvi dünyəvi dövlət Azərbaycanda yaradılıb"

"Müsəlman dünyasında ilk nümunəvi dünyəvi dövlət Azərbaycanda yaradılıb". SİA-nın xəbərinə görə, bu sözləri ATƏT-in Parlament Assambleyasının prezidenti Ranko Krivokapiç qurumun Bakıda keçirilən iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan regionda böyük rol oynayır, ATƏT qarşısında götürdüyü öhdəliklərin çoxunu yerinə yetirib.

R.Krivokapiç çıxışı zamanı bildirib ki, ATƏT Ukrayna böhranına öz töhfəsini verib. Ötən gün 4 ATƏT müşahidəçisinin sərbəst buraxılmasına töhfə verən tərəflərə təşəkkürünü bildirən qurum rəhbəri vurğulayıb ki, ATƏT münaqişələrin həllinə töhfə verməyə çalışacaq.

Sessiyada müzakirə olunacaq məsələlərə gəlincə, R.Krivokapiç vurğulayıb ki, 5 gün ərzində sessiyada müxtəlif məsələlərin müzakirə olunacaq: "Səylərimiz Bakı Bəyannaməsində əksini tapacaq. Əsas məqsədimiz insan təhlükəsizliyinə nail olmaqdır. Növbəti 40 il ərzində ATƏT Parlament Assambleyasının fəaliyyətinin prioritet istiqamətini müəyyənləşdirməyin zəruri olduğunu qeyd edib".

Qurum rəhbəri çıxışı zamanı Azərbaycan xalqının müqəddəs Ramazan ayının başlanması münasibətilə də təbrik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə