Prezident: "Azərbaycanda ifadə, toplaşmaq və digər azadlıqlar təmin edilib"

Prezident: "Azərbaycanda ifadə, toplaşmaq və digər azadlıqlar təmin edilib"

"Həyata keçirilən siyasi və iqtisadi islahatların nəticəsidir ki, ölkəmizdə sabitlik yaradıb. Demokratik təsisatlar artıq Azərbaycanda tam şəkildə fəaliyyət göstərir. SİA-nın xəbərinə görə, bu sözləri Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü sessiyasının açılış mərasimində çıxışı zamanı deyib.

Ölkə başçısı vurğulayıb ki, Azərbaycanda ifadə, toplaşmaq və digər azadlıqlar təmin olunub, İnternet azaddır, ölkə əhalisinin yarıdan çoxu İnternet istifadəçisidir: "Biz qısa zamanda müasir, özünə arxalanan dövlət yarada bilmişik. Buna baxmayaraq hələ də biz yaxın gələcəkdə bir çox işlər görməliyik. ATƏT və digər bu kimi strukturlara qurduğumuz iş birliyi planlarımızın həyat keçirməyə imkan yaradacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə