Bu gün Ramazan ayının niyyət gecəsidir. SİA-nın xəbərinə görə, sabah isə Azərbaycanda müqəddəs Ramazan ayı başlayır. Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) Qazilər Şurası orucluq ibadətinin – Ramazan ayının başlanması ilə bağlı fətva verib. QMİ həmçinin 2014-cü il üçün Ramazan (orucluq) ayının təqvimini açıqlayıb. Hicri təqvimi ilə 1434-cü il Ramazan ayının ilk günü miladi tarixlə iyunun 29-na düşür.
Ramazan ayı 30 gün olacaq. Şəvval ayı hilalının görünməsindən asılı olaraq Eyd-ül-Fitr - Ramazan bayramı namazı iyul ayının 28 və ya 29-da qılınacaq. QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Əhya gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə keçən gecələrə təsadüf edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB