İyunun 27-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində əməliyyat müşavirəsi keçirilmişdir. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər ki, müşavirə ədliyyə naziri Fikrət Məmmədovun xidmət əməkdaşları qarşısında qoyduğu vəzifələrin icrası ilə əlaqədar penitensiar müəssisələrdə qeydiyyat işinin təşkili və vətəndaşların qəbulu işinin vəziyyətinə həsr olunmuşdur.
Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyevin sədrliyi ilə keçən müşavirədə tabeli qurumların rəhbərləri, baş idarənin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları iştirak etmişlər.
Müşavirədə aidiyyəti xidmət sahələrinin hesabatları və bir sıra qurum rəhbərlərinin çıxışları dinlənilmiş, bəzi nöqsanların aradan qaldırılması ilə bağlı konkret tapşırıqlar verilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB