Anadolu Agentliyinin təşkil etdiyi təlim kursu başa çatıb

Anadolu Agentliyinin təşkil etdiyi təlim kursu başa çatıb

Xəbər verdiyimiz kimi, Türkiyənin Anadolu Agentliyinin Xəbər Akademiyası Azərbaycanın bir sıra KİV əməkdaşları üçün təlim kursu təşkil edib. SİA-nın əməkdaşının da iştirakı etdiyi təlim kursu İyunun 27-də başa çatıb.

Azərbaycan mediasının nümayəndələri qarşısında çıxış edən Türkiyənin Anadolu Agentliyinin baş direktoru Kamal Öztürk rəhbərlik etdiyi qurumla Azərbaycan mediası arasında əməkdaşlıq əlaqələrinin əhəmiyyətindən danışıb. Kursun nəticələrindən razı qaldıqlarını bildirən Azərbaycanın KİV nümayəndələri iki qardaş ölkə arasında media əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Təlim kursunda iştirak edən həmkarlarımıza sertifikatlar verilib.

Sabir Şahtaxtı

Bütün xəbərlər Facebook səhifəmizdə