Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-70, Kiçik Qafqazın çaylarında 60-70, Lənkəran-Astara bölgəsi çaylarında 60-80, Naxçıvan MR çaylarında isə ongünlük normanın 70 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, iyunun 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 129 m3/s olmaqla ongünlük normanın 32 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm bir qədər az olmaqla 100 m3/s və ongünlük normanın 25 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 22 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 69 m3/s olmaqla, ongünlük normanın 42 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici iki dəfə çox olmaqla 138 m3/s təşkil edərək ongünlük normanın 83 faizinə bərabər olub.
İyunun 27-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 8, Şirvanda 1, Salyanda 7, Bankədə və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyəsində 4 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 305 sm, Şirvanda 158 sm, Salyanda 84 sm, Bankədə 200 sm, Araz çayının Novruzlu məntəqəsində isə 41 sm təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB