Leyla Əliyevanın şeirləri Belarus mətbuatında

Leyla Əliyevanın şeirləri Belarus mətbuatında

Belarusun ən çox oxunan və kütləvi tirajla nəşr olunan "Неман" ədəbiyyat jurnalında Leyla Əliyevanın şeirləri dərc edilib. SİA-nın xəbərinə görə, həmin şeirlər Belarus oxucularının diqqətini cəlb edib və böyük marağa səbəb olub. Bu barədə AzərTAc xəbər paylaşıb.

Azərbaycanın Belarusdakı səfirliyindən bildiriblər ki, "Неман" jurnalı bundan əvvəl öz səhifələrində Hüseyn Cavidin "Şeyx Sənan" poemasına yer ayırırmış.

Leyla Əliyevanın şeirləri isə bu nüfuzlu ədəbiyyat jurnalının müasir Azərbaycan poeziyasına ilk müraciətidir.

Bütün xəbərlər Facebook səhifəmizdə