Qaradağ icra başçısı növbəti səyyar görüşünü keçirib FOTOLAR

Qaradağ icra başçısı növbəti səyyar görüşünü keçirib FOTOLAR

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Səngəçal qəsəbə sakinləri ilə növbəti səyyar görüşünü keçirib. SİA-nın xəbərinə görə, görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak ediblər.Keçirilən səyyar qəbulda 100-ə yaxın qəsəbə sakinləri iştirak edib.

Qəbula gələn qəsəbə sakinlərindən 9 nəfəri fərdi qaydada dinlənilib. Qəsəbə sakinləri qəsəbədə aparılan quruculuq işlərindən razılıqlarını və ölkə rəhbərinə öz dərin minnətdarlıqlarını bildirərək onları narahat edən problemlərdən danışıblar. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov müraciətlərdə qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlarını verib.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov qəsəbə ərazisində görülən işlər barədə ətraflı məlumat verərək qeyd edib ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən qəsəbə ərazisində Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin bölməsi açılıb. Müvafiq Dövlət Proqramı çərçivəsində mini futbol meydançası və idman zalının tikintisi işləri davam edir. Bundan başqa qəsəbə ərazisindən keçən 1,8 km uzunluğunda olan alternativ yolda asfalt hazırlığı işləri görülüb və yaxın günlərdə asfalt örtüyü vurulacaq. 1500-ə yaxın müxtəlif növ ağaclar əkilərək yaşıllıq zolaqları salınıb. Qəsəbə ərazisində 130 p/m su xətti dəyişdirilib.

Daha sonra sakinlərə Azərbaycan Respublikası Prezidentinin imzaladığı "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən yaxın vaxtlarda görüləcək işlər barəsində danışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə