İyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibəti ilə "Gülüstan" sarayında təntənəli mərasim keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, mərasim açıq elan edildikdən sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra mərasimdə Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümünə həsr edilən təbrik nitqilə çıxış edib, Silahlı Qüvvələrin şəxsi heyətinə xidmətlərində uğurlar arzulayıb.
Qonaqlara Müdafiə naziri adından bayram münasibətilə ziyafət verilib.
Tədbir Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının, həmçinin Respublikamızın incəsənət xadimlərinin təqdim etdiyi bayram konserti ilə yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB