Əflatun Amaşov: "Xoşbəxtik ki, öz dilimiz var və xalqımız da bu dildə danışır" FOTO

Əflatun Amaşov: "Xoşbəxtik ki, öz dilimiz var və xalqımız da bu dildə danışır" FOTO

Bu gün "Azərbaycanın kütləvi informasiya vasitələrinin dili: problemlər və vəzifələr" mövzusunda konfrans keçirilir. SİA-nın məlumatına görə, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" Prezident sərəncamından irəli gələn vəzifələrin icrasına həsr olunmuş konfrans Milli Televiziya və Radio Şurasının və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə təşkil olunub.

Tədbirdə Azərbaycan mətbuatında, internet media məkanında dil xüsusiyyətlərinə, həmçinin müasir televiziya və radiolarda ana dilinin işlənilməsi məsələlərinə diqqət yetiriləcək, mövcud istiqamətlərdə müzakirə aparılıb.

Konfransda MŞ İdarə Heyətinin üzvlərinin, MTRŞ rəhbərliyinin, kütləvi informasiya vasitələrinin baş redaktorlarının, dövlət rəsmiləri də iştirakı edib.

MŞ sədri Əflatun Amaşov bildirib ki, hər bir xalqın mövcudluğunda onun milli dili mühüm rol oynayır: "Azərbaycan dili rəsmi olaraq ölkəmizin dili və milli həmrəyliyimizin dilidir. Bu dil eyni zamanda Azərbaycan məfkurəsinin formalaşmasında mühüm rola malikdir. Təqribən dünyada 5 minə yaxın dil mövcuddur. Faktlar kimi dillər də aradan çıxır. Biz xoşbəxtik ki, bizim öz dilimiz var və Azərbaycan xalqı bu dildə danışır. Ölkəmiz müstəqillik əldə etdikdən sonra bir sıra işlər görülüb. Dövlət dilimiz, Latın qrafikasında Azərbaycan dilinin tətbiqi və s. ilə bağlı sənədlər qəbul olunub".

Tədbir hazırda davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə