Sabahdan havalar pisləşir PROQNOZ

Sabahdan havalar pisləşir PROQNOZ

İyunun 28-dən Azərbaycan ərazisində hava şəraiti dəyişəcək. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib.

O bildirib ki, iyunun 28-dən 29-na keçən gecədən başlayaraq Bakıda və rayonlarda güclü külək müşahidə olunacaq, havanın temperaturu düşəcək.

Qeyd edək ki, güclü küləklə əlaqədar bir sıra dövlət qurumlarına xəbərdarlıq da olunub.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi nazirliyin məlumatı əsasında dövlət bayrağının hava sabitləşənədək endiriləcəyi haqqında açıqlama yayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə