Niderland Krallığının ikinci böyük şəhəri olan Haaqada yaşayan xalqların öz mədəniyyətini nümayiş etdirməsi üçün "Dünya Qardaşlıq Festivalı" keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, tədbirdə Azərbaycanı "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyi təmsil edib. Təşkilat ölkəmizin mədəniyyətinə, tarixinə, adət-ənənələrinə aid kitab, buklet, suvenirlərlə zəngin stend quraraq festival iştirakçılarına Azərbaycanı tanıdıblar. Stenddə çoxluq təşkil edən Qarabağa dair kitab və rəsmlər, suvenirlər digər xalqların nümayəndələrində maraq yaradıb. Festivalda "Haaqa-Azərbaycan Məktəbi"nin kiçik şagirdlərinin milli rəqslərimizi ifa etməsi isə alqışlarla qarşılanıb.
"Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyevanın sözlərində görə festival boyu stendə yaxınlaşan insanlara Azərbaycan, Qarabağ haqqında həqiqətləri danışıb, onlara Qarabağ müharibəsini əks etdirən ingiliscə kitablar hədiyyə olunub.
Qeyd edək ki, festival Haaqa Şəhər Bələdiyyəsinin təşəbbüsü və Haaqada fəaliyyət göstərən bir çox xalqların icmalarının təşkilatçılığı ilə baş tutub. Tədbirin təşkilat qrupuna daxil olan "Ana Vətən" cəmiyyətinin sədri Maisə Ağamirzəyeva hindistanlı təşkilat rəhbəri ilə birgə festivalda aparıcılıq ediblər.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB