15-25 iyun 2014-cü il tarixlərində Qətər Əmirliyinin paytaxtı Doha şəhərində YUNESKO Dünya İrsi Komitəsinin 38-ci sessiyası keçirilib. Tədbirdə iştirak edən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev başçılıq etdiyi nümayəndə heyəti səfər çərçivəsində YUNESKO Dünya İrsi Mərkəzinin rəhbərliyi, habelə Dünya İrsi Komitəsinin bir çox üzv ölkələrinin rəsmiləri və ekspertləri ilə ikitərəfli görüşlər keçirib, İçərişəhərin qorunması və idarəolunması ilə bağlı fikir mübadiləsi aparıb. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, keçirilən görüşlərdə Azərbaycan Hökumətinin İçərişəhərin qorunmasında son bir neçə il ərzində ciddi irəliləyişlər əldə etdiyi vurğulanıb, Dünya İrsi Obyekti olan İçərişəhərin gündəlik səmərəli idarəolunmasının təşkili, konservasiya üzrə baş plana əsasən bərpa və konservasiya layihələrinin yüksək peşəkarlıqla həyata keçirilməsi və "canlı tarix" yanaşmasının uğurla tətbiq olunması yüksək qiymətləndirilib.
Azərbaycan Respublikasını Komitənin iclasında İdarənin, habelə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm
Nazirliyinin, YUNESKO yanında Daimi Nümayəndəliyinin, YUNESKO üzrə Milli Komissiyanın rəsmiləri təmsil edib.
Sessiyanın gündəliyinin əhatə etdiyi bir çox məsələlərlə yanaşı, 2000-ci ildə Dünya İrsi siyahısına daxil olub İçərişəhərin konservasiyası üzrə hesabatı da nəzərdən keçirilib. Dünya İrsi Komitəsinin İçərişəhərlə bağlı qəbul etdiyi qərarı ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun idarəedilməsi və konservasiyası sahəsində Azərbaycan dövlətinin atdığı addımlar və əldə olunan irəliləyiş müsbət dəyərləndirilib, abidələr kompleksinin qorunması, konservasiyası və "canlı şəhər" konsepsiyasının tətbiqi sahəsində müvafiq idarəetmə alətlərinin təkmilləşdirilmə işlərin davam etdirilməsi tövsiyə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB