Şəmkirdə “Yay məktəbi” təşkil olunacaq

Şəmkirdə “Yay məktəbi” təşkil olunacaq

Bu il ilk dəfə olaraq Şəmkirdə "Yay məktəbi" təşkil olunacaq. SİA-nın xəbərinə görə, "Zəka" Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq mərkəzinin təşkil etdiyi "Yay məktəbi" iki yaş qrupu – 10 -14 və 15-18 yaşlılar üçün nəzərdə tutulub. Məqsəd yeniyetmə və gənclərin həm istirahətini təşkil etmək, həm də intellektual və dil biliklərinin inkişafına nail olmaqdır. Təlim 15-22 iyul tarixlərində olmaqla, bir həftə davam edəcək. Bununla yanaşı, mərkəzdə 5 minə yaxın kitabın olduğu kitabxana, qalereya, həmçinin digər xidmətlər region gənclərinin ixtiyarındadır. "Zəka" Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq mərkəzinin nəzdində rəssamlıq, əmək dekorativ tətbiqi sənəti və müasir incəsənət qalereyasından başqa, xarici dil kursları, eyni zamanda, smart-laboratoriya, şahmat klubu da fəaliyyət göstərir.

Qeyd edək ki, gənclər mərkəzdəki bütün xidmətlərdən pulsuz olaraq istifadə edirlər.

İlham Məmmədzadə, Şəmkir

Bütün xəbərlər Facebook səhifəmizdə