25 iyun 2014-cü il tarixində Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən hərbi hospitalda Azərbaycan Silahlı Qüvvələr gününə həsr olunan bayram konserti keçirilib.
SİA-nın xəbərinə görə, Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, zabitlər, hərpi hospitalın həkimləri, əsgərlər iştirak ediblər.
Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova ilk öncə hər kəsi Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov adından salamlayaraq bütün zabit və əsgər heyətini bu möhtəşəm bayram münasibətilə təbrik edib. Ölkəmizin hərb tarixindən danışaraq qeyd edib ki, tarixən xalqımızın göstərdiyi qəhrəmanlıq nümunələri bu gün də yaşamaqdadır. Azərbaycan müstəqilliyini Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bir çox sahələrdə olduğu kimi hərbi sahə də ciddi böhranla üzləşib. Ordunun maddi-texniki təminatında problemlər müşayiət olunur və siyasiləşmə meylləri özünü hiss etdirirdi. Məhz Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ordu quruculuğu sahəsində ciddi islahatlar aparılıb, elmi prinsiplərlə yanaşılıb və hökm sürən pərakəndəlik aradan qaldırılıb. Bu gün də Prezidentimiz Ali Baş Komandanın hərtərəfli diqqət və qayğısı ilə əhatə olunan Silahlı Qüvvələrimizin şəxsi heyəti torpaqlarımızın müdafiəsində mətinliklə dayanaraq döyüş qabiliyyətini və mənəvi-psixoloji hazırlıq səviyyəsini daim artırır. Ordumuzun maddi-texniki bazası möhkəmləndirilir, müasir hərbi texnika və silah-sursatla təminatı yaxşılaşdırılır, hərbi qulluqçuların sosial müdafiəsi daha da gücləndirilir.
Tədbir çərçivəsində nümunəvi xidmətinə görə seçilən bir neçə hərbi qulluqçu fəxri fərmanla təltif olunublar.
Daha sonra tədbir rayonun mədəniyyət evlərinin musiqi kollektivlərinin təşkil etdiyi konsert proqramı ilə davam edib.
Tədbirin sonunda rayon İcra hakimiyyəti tərəfindən hər bir əsgərə bayram sovqatı, hərpi hospital üçün isə musiqi mərkəzi ilə soyuducu hədiyyə olaraq təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB