Havanın temperaturu qalxır PROQNOZ

Havanın temperaturu qalxır PROQNOZ

İyunun 26-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 29-34 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə iyunun 26-da bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 19-24, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə