Pensiyaçıların əksəriyyətini qadınlar təşkil edir

Pensiyaçıların əksəriyyətini qadınlar təşkil edir

Gəncə şəhərində 44 minə yaxın pensiyaçı var ki, onların da əksəriyyətini qadınlar təşkil edir. SİA-nın xəbərinə görə, ayrı ayrılıqda nəzər saldıqda ölkənin ikinci böyük şəhərində qocalıq, ailə başçısını, əmək qabiliyyətini tamamilə və ya qismən itirdiyinə görə 43795 şəhər sakini pensiya alır. DSMF-nun Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayonu üzrə bu say 24070 nəfərdir. Bunlardan 14066 nəfər yaşa görə, 8300 nəfər əlilliyə görə, 1704 nəfər isə ailə başçısını itirdiyinə görə, pensiya alır. Həmçinin 155 nəfər Qarabağ əlili, 256 şəhid ailəsi, 119 nəfər dövlət qulluqçusu və 202 nəfər Çernobl iştirakçısı da pensiya təminatçısıdır. Əvvəllər ümumi sayda qadınlar üstünlük təşkil edirdisə, 2010-cu ildən qanuna edilən dəyişiklik təyinatçılar sırasında kişilərin say artımına səbəb olub. DSMF -nin Nizami şöbəsində isə 19725 pensiyaçı qeydiyyatdadır. Bunlardan 11369 nəfər yaşa görə, 6824 nəfər əlilliyə görə, 1532 nəfər isə ailə başçısını itirdiyinə görə pensiya alır. Ümumi sayın 6991 nəfəri kişilərin, 12734 nəfəri isə qadınların payına düşür. Pensiya almaq hüququna malik vətəndaşların müraciət formaları da fərqlidir. Pensiyaların təyinində iş stajı önəmlidir. Pensiya hesablanarkən birinci mərhələdə 2006-cı ilədək iş stajı olanların işlədikləri müddətdə pensiya fonduna məcburi dövlət ayırmaları ödənibsə, həmin ödənişlərə əsasən pensiya hesablanır. İkinci mərhələdə isə 2006-cı ilin yanvarından hazırki vaxtadək şəxs işləyibsə, həmin müddət ərzində yığılan kapital əsasında təqaüd verilir.

İlham Məmmədzadə, Gəncə

Bütün xəbərlər Facebook səhifəmizdə