24 iyunda Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət" mərkəzlərinə 2 000 000-cu müraciət daxil olub. Bu barədə SİA-ya qurumdan məlumat verilib.
Xatırladaq ki, ilk - 1 saylı Bakı "ASAN xidmət" mərkəzi 15 yanvar 2013-cü il tarixində fəaliyyətə başlayıb. Hazırda 6 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü paytaxt Bakı şəhərində, digər 2-i isə Sumqayıt və Gəncə şəhərindədir.
Bundan başqa, Prezident İlham Əliyevin tapşırığına əsasən "ASAN xidmət" mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş avtobuslar 1 iyun 2013-cü il tarixindən etibarən səyyar formada regionlarda əhaliyə xidmətlər göstərir. Ötən il ərzində 37 rayonun 60 min sakininə Səyyar ASAN xidmətlər göstərilib. Cari ilin dekabr ayına kimi 41 rayonun sakininə səyyar formada xidmətlərin göstərilməsi nəzərdə tutulub.
Qeyd edək ki, "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB