Azərbaycan-Gürcüstan sərhədində monitorinq aparılır

Azərbaycan-Gürcüstan sərhədində monitorinq aparılır

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Dövlət Radiotezliklər İdarəsi tərəfindən Azərbaycanın və Gürcüstanın sərhədboyu ərazilərində radiomonitorinqlər aparılır. SİA-nın xəbərinə görə, Nazirlikdən verilən məlumatda bildirilir ki, simsiz rabitə xidməti texnologiyalı kanalların araşdırılması məqsədi daşıyan monitorinqlərə hər iki ölkənin operatorları cəlb olunublar.

Tədbirlər Gürcüstanın müvafiq qurumu ilə RYTN arasında imzalanmış ikitərəfli protokola uyğun həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə